
Luis Enrike Xviçadan razıdır
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında "Arsenal"la cavab oyunu öncəsi Xviça Kvaratsxeliyanın oyununu dəyərləndirib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis gənc oyunçu haqqında bunları deyib:
"O, artıq böyük təcrübəyə malikdir. Deməliyəm ki, ölkəni və klubu dəyişən oyunçular üçün bu asan deyil. Lakin Xviça komandaya tez uyğunlaşıb. Mən onun performansından, topla və topsuz gördüyü işlərdən razıyam".