
Messi 2024-cü ildə "Barselona"da çıxış edəcək
Ulduz argentinalı hücumçu Lionel Messi məzunu olduğu "Barselona"da vida matçı keçirməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.
36 yaşlı hücumçu gələn il "Kamp Nou"da bir matç təşkil etmək istəyir. Matçın noyabrın 29-da baş tuta biləcəyi gözlənilir.
Lionel 2005-2021-ci illərdə "Barselona"da çıxış edib. Bundan sonra o, 2 mövsümü Fransa PSJ-sində keçirib. 2023-cü ilin yayından argentinalı "İnter Mayami"də çıxış edir. Forvardın Amerika klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.