Prinsipial görüşdə sükut pozulmadı

  • 30 Aprel 2024, 16:53

Braziliya çempionatının 4-cü turunun matçında "San Paulo" doğma meydanda "Palmeyras"la 0:0 hesabı ilə heç-heçə edib.

Sportlife.az xəbər verir ki, qonaqlardan yayda "Real Madrid"in futbolçusu olacaq 17 yaşlı hücumçu Endrik start heyətdə meydana çıxıb, sarı vərəqə alıb və 66-cı dəqiqədə əvəzlənib.

Bu görüşdən sonra "San Paulo" 4 xalla turnir cədvəlinin 14-cü, "Palmeyras" 5 xalla 12-ci pilləsində qərarlaşıb.


Paylaş: