"Kəpəz"dən ayrılıb Hindistana gedəcək

  • 17 May 2024, 19:05

Mövsüm sonu "Kəpəz"dən ayrılacaq legionerin adına aydınlıq gəlib.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Adama Niane ilə yola davam etməyəcək. Klub futbolçunun davranışlarından və performansından razı deyil.

Niane özü də bundan xəbərdardır. O, yeni mövsümün planlamasına başlayıb.

Belə ki, hücumçu Hindistan klublarının biri ilə danışıq aparır. 

Xatırladaq ki, Adama Nianenin "Kəpəz"lə müqaviləsi yayda başa çatır.


Paylaş: