Robinyo üçün "yenə türmə, yenə qazamat"

  • 2 Aprel 2024, 23:17

Braziliya millisinin sabiq hücumçusu Robinyo təkadamlıq kameradan Tremembe həbsxana kompleksindəki ümumi kameraya köçürülüb.

Sportlife.az "Relevo"ya istinadla xəbər verir ki, Robinyo digər məhbuslarla qarşılıqlı əlaqənin yaxşılaşdırılması proqramı çərçivəsində həbsxana bağçasına qulluq edə biləcək. O, həmçinin yerli futbol çempionatında iştirak etmək imkanı əldə edəcək. 40 yaşlı braziliyalının cəza çəkdiyi həbsxana kompleksində kitabxana və şahmat oynamaq üçün nəzərdə tutulmuş otaq var.

Robinyo 2013-cü ildə Milanda baş verdiyi iddia edilən qrup zorlamasında iştirak etməkdə təqsirli bilinir. O, 9 illik həbs cəzasını çəkir.


Paylaş: