"Sevilya" Sarrini istəyir

  • 2 May 2024, 17:15

“Sevilya” klubun yeni baş məşqçisi kimi nəzərdən keçirdiyi italiyalı mütəxəssis Mauritsio Sarri ilə görüş üçün danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedulla öz saytında məlumat yayıb.

Bununla belə, 65 yaşlı italyan özü "Milan"la danışıqları gözləmək istəyir. Sarri 2021-ci ildən rəhbərlik etdiyi "Latsio"dan mart ayında ayrılıb. Sarri əvvəllər "Yuventus", "Çelsi", "Napoli" və "Empoli"ni çalışdırıb.

 

Paylaş: