"Bavariya"nın matçı təxirə düşdü

  • 2 Dekabr 2023, 14:07

Almaniya çempionatının 13-cü turunun Münhendə keçirilməsi nəzərdə tutulan "Bavariya" - "Union Berlin" matçı baş tutmayacaq.

Sportlife.az “Bild”ə istinadən xəbər verir ki, görüş güclü qar səbəbindən ləğv edilib.

Hava şəraiti yerli hava limanında hava hərəkətinin dayandırılmasına səbəb olub.

Qeyd edək ki, "Bavariya" 32 xalla ikinci, "Union Berlin" isə 7 xalla sonuncudur.


Paylaş: