Gənc futbolçunun müqavilə müddəti uzadıldı

  • Dünən, 17:24

"Sevilya" klubu futbolçusu Kike Salasla müqavilə müddətini uzadıb.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin yeni sözləşməsi 2029-cu ilin yayında qədər nəzərdə tutulub.

Qeyd edək ki, Salas "Sevilya"nın yetirməsidir və cari mövsümdə 14 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.


Paylaş: