Hüseyn Əhmədov Ukrayna klubunda növbəti oyununu keçirib - FOTOLAR

Hüseyn Əhmədov Ukrayna klubunda növbəti oyununu keçirib - FOTOLAR

  • 3 İyun 2018, 15:00

Azərbaycanlı futbolçu Hüseyn Əhmədov Ukraynanın "Gelios" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının heyətində növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, U-19 milli komandamızın da üzvü olan müdafiəçi “Lyubotin"lə görüşün 46-cı dəqiqəsində meydana daxil olub. 

Matç “Lyubotin"in 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, ötən tur da meydana çıxan Hüseyn 65 dəqiqə meydanda olmuşdu.  


Paylaş: