Azərbaycan çempionatı: “İdman Akademiyası” qələbələrlə liderliyini möhkəmlədib

  • 11 Aprel 2023, 10:04

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti iki turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan yarışın XXIII turunda mövsümə inamla start verən “İdman Akademiyası” ilə ən yaxın izləyicisi “Məhsul”un görüşü tələbələrin qələbəsi ilə yekunlaşıb.

“Məhsul”un müqavimətinə baxmayaraq, qarşılaşma nominal meydan sahibinin xeyrinə başa çatıb – 25:23.

“Təhsil – “Dinamo” matçında “dinamoçular” azarkeşlərini sevindiriblər - 31:24. “Bakı” isə autsayder U-16 üzərində 44:25 hesablı qələbə qazanıb.

“İdman Akademiyası” XXIV turda “Məhsul”u daha inamlı hesabla məğlub edib - 32:20. “Təhsil” “Dinamo” ilə növbəti matçda əvvəlki turdakı məğlubiyyətin əvəzini çıxıb - 25:22. “Bakı” isə U-16-ya növbəti dəfə böyük hesabla (44:26) qalib gəlib.

Çempionata 51 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” liderdən 10 xal geri qalır. “Dinamo” 39 xalla üçüncü, “Təhsil” 30 xalla dördüncü pillədədir. Beşinci yerdəki “Bakı”nın 13 xalı var. Hərəyə 3 xalı olan RİOEUGİM və U-16 son pillələri bölüşürlər.


Paylaş: