Lunyov 4-cü oldu

  • 9 Aprel 2025, 11:34

Atıcılıq üzrə Dünya Kuboku davam edir.

Sportlife.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan yarışda daha iki növ üzrə mübarizə başa çatıb.

Azərbaycanın iki snayperi də hədəf önünə keçib. Kişilərin 25 m məsafədən tapança ilə atəş açma yarışında təsnifat mərhələsinə 24 snayper qatılıb. 569 xalla 14-cü olan Ruslan Lunyov final mərhələsinə yüksələn “səkkizlik”dən uzaq qalıb.

Qadınların 10 m məsafədən tapança ilə atəş açma yarışına 41 iştirakçı qatılıb. Xanna Əliyeva 567 xalla 29-cu yeri tutub.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 11-də yekun vurulacaq.


Paylaş: