MY gürcü futbolçunun transferində israrlıdır

  • Bu gün, 15:46

PSJ-nin vingeri Xviça Kvaratsxeliya “Mançester Yunayted”in maraq dairəsində qalmaqda davam edir.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” heyətdə ciddi yenidənqurma aparmağı planlaşdırır və bu məqsədlə transferlərə böyük məbləğ ayırmağa hazırdır. Klub rəhbərliyi üçün Kvaratsxeliyanın transferi əsas prioritetlərdən biri hesab olunur.

“Mançester Yunayted” yaxın günlərdə gürcü futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq mümkün keçidi müzakirə edəcək.

Kvaratsxeliyanın Paris klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Onunla daha əvvəl “Arsenal”ın da maraqlandığı bildirilmişdi.


Paylaş: