"Liverpul" fransalıdan cavab gözləyir
“Liverpul”da müdafiəçisi İbrahima Konate ilə bağlı qeyri-müəyyənlik narazılıq yaradıb.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Konatenin vəziyyətini Avropanın bir sıra top-klubları – “Mançester Siti”, “Çelsi”, “Barselona”, “Real” və “Bayern” yaxından izləyir.
Fransalı futbolçunun müqaviləsinin müddəti başa çatmaq üzrədir. Klub rəhbərliyi oyunçunun qərarını gecikdirməsindən getdikcə daha çox narahatdır və ona yekun seçim etməsi üçün son tarixi müəyyənləşdirib.
26 yaşlı futbolçu cari mövsümdə baş məşqçi Arne Slotun rəhbərliyi altında bütün turnirlərdə 41 oyuna çıxıb və 2 qol vurub.