"Sabah"ın hücumçusu söz verdi

  • Dünən, 15:30

"Sabah"ın kapitanı Pavol Şafranko Azərbaycan Kubokunun "Qarabağ"la keçiriləcək finall matçından öncə mətbuat konfransında iştirak edib.

Sportlife.az xəbər verir ki, oyunla bağlı danışan slovakiyalı hücumçunun jurnalistlərin sualını da cavablandırıb.

- Bizi çox böyük oyun gözləyir. Hər iki komanda üçün maraqlı qarşılaşma olacaq. İlk dəfə finalda oynayacağıq. Hər kəsə söz verirəm ki, kuboka sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Hamı oyundan həzz alacaq.

- 5 ölkədə legioner həyatı yaşamısınız, onlardan ikisində titul qazanmısınız. Azərbaycan Kubokunu qazanmaq sizin üçün daha önəmli sayıla bilər?

- Hər titul önəmlidir. Yaş ötdükcə bunu hiss edirsən. Bütün titullar mənim üçün eynidir.


Paylaş: