
"Zirə"dən ilk transfer
“Zirə” yeni futbolçu ilə anlaşıb
Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalqris” və İsrailin “Hapoel”(Afula) klublarında çıxış edib. Konate son olaraq ölkəmizdə “Şamaxı”da çıxış edib.