
Alleqri sabiq klubuna qayıdır
İtaliyalı mütəxəssis Massimiliano Alleqri "Milan"a başçılıq edə bilər.
Sportlife.az xəbər verir ki, 57 yaşlı çalışdırıcıya 2028-ci ilin yayına kimi müqavilə təklif edilib.
Alleqri təklifi qəbul etsə, onun illik maaşı 5 milyon avro olacaq.
Alleqri 2024-cü ilin mayından işsizdir. Onun son klubu "Yuventus" olub. Mütəxəssis 2010-2014-cü illərdə də "Milan"ı çalışdırıb.