Virts uğrunda mübarizə qızışır

  • Dünən, 16:52

"Bayer"in yarımmüdafiəçisi Florian Virts karyerasını İspaniyada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Real" yaxından maraqlanır. Xabi Alonsonun Madrid təmsilçisində baş məşqçi olmasından sonra klub futbolçunun transferi uğrunda mübarizəyə qoşulub.

Virtsin "Bayer" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Onun xidmətində "Mançester Siti" də maraqlıdır.


Paylaş: