
"Araz-Naxçıvan"a idman direktoru kimi və ya başqa vəzifəyə getməmişəm"
Millimizin sabiq futbolçusu, hazırda menecerliklə məşğul olan Ceyhun Sultanov “Araz-Naxçıvan”ın formal prezidenti Ramin Axundovun müşaviri olacağına dair yayılan iddialara münasibət bildirib.
Veteran yarımmüdafiəçi Sportlife.az saytına açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini söyləyib:
"Hamı yazır, amma rəsmi heç bir şeylə təsdiq olunmamışam. Sadəcə, Zaur Axundovla yaxşı münasibətim var. Nə kömək lazım olsa, onu edəcəyəm. Mən orada rəsmi işçi deyiləm. "Araz-Naxçıvan"a idman direktoru kimi və ya başqa vəzifəyə getməmişəm".
Qeyd edək ki, Ceyhun Sultanov daha əvvəl "Sumqayıt", "Neftçi" və "Keşlə"də (hazırkı "Şamaxı") çalışıb.