İki futbolçu "Nyukasl"ın hədəfində

  • Dünən, 14:55

"Kristal Pelas"ın müdafiəçisi Mark Qehi karyerasını başqa klubda davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə "Nyukasl" maraqlanır. "Sağsağanlar" "Mançester Yunayted"in maraq dairəsində olan "Brentford"un hücumçusu Brayan Mbeumonu da transfer etmək istəyir.

Bu mövsüm Qehi 43 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Mbeumo isə 41 matçda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: