Turan Tovuz” və “Araz Naxçıvan”dakı yerlilər üçün milli qapıları niyə bağlanıb?

  • 28 May 2025, 10:49

Azərbaycan millisinin Latviya və Macarıstana qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün açıqlanan heyət bir sıra suallar doğurur.

Premyer Liqada bürünc medal qazanan “Araz Naxçıvan” və 4-cü pillədə qərarlaşan “Turan Tovuz”dan bir nəfər belə futbolçunun milliyə dəvət olunmaması təəccüb doğurur.

Maraqlıdır ki, liqanı tərk etmiş “Səbail”dən oyunçu dəvət edilsə də, medal qazanan və avrokuboklara şansı qalan komandalardan heç kim heyətdə yoxdur.

Bu qərarlar nə qədər oyun performansına, nə qədər şəxsi yanaşmalara əsaslanır?

Millidə yer almaq üçün mövsüm boyu göstərilən oyun, nəticə və komanda uğuru kifayət etmir?

Yoxsa seçimlər başqa meyarlara əsaslanır?

Milli komandanın heyəti futbol ictimaiyyətində inam və motivasiya yaradan seçimlərdən ibarət olmalıdır.
Hazırkı heyət isə ciddi anlaşılmazlıqlar və narazılıqlar yaradır...

Mirələm HƏSƏNLİ


Paylaş: