
"Bavariya" müdafiəçi aldı
Almaniya millisinin mərkəz müdafiəçisi Conatan Ta "Bavariya"ya keçib.
Sportlife.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-na kimi müqavilə imzalanıb.
2015-ci ildən "Bayer"də çıxış edən oyunçu "Bavariya"ya azad agent kimi keçib.
Almaniyalı müdafiəçi ötən mövsüm “Bayer”in heyətində 49 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.