
"Əl-Nəsr" Ronaldunun ayrılığını açıqlayacaq
Mayın 29-da "Əl-Nasr" klubu çoxsaylı dəyişiklikləri rəsmi olaraq elan etmək üçün mətbuat konfransı keçirməyi planlaşdırır.
Sportlife.az xəbər verir ki, bir neçə gün əvvəl gedişi ilə bağlı fikirlər səsləndirən Kriştianu Ronaldunun da ayrılığı açıqlanacaq.
40 yaşlı portuqaliyalının karyerasını davam etdirmək üçün müxtəlif variantları var. O, həmçinin “Əl-Hilal”a keçərək Səudiyyə Ərəbistanında qala da bilər.