
Sane İngiltərəyə qayıdır
"Arsenal" "Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, Almaniya millisinin üzvü də Premyer Liqaya qayıtmağa hazırdır. "Arsenal"ın baş məşqçisi Mikel Arteta "Mançester Siti"də Xosep Qvardiolanın məşqçilər korpusunda olarkən Sane ilə birlikdə çalışıb.
29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.