II Liqada yeni komanda

  • Dünən, 18:59

Azərbaycanın II Liqasına vəsiqə uğrunda pley-off matçının qalibi bəlli olub.

Sportlife.az xəbər verir ki, "ASCO Arena"da baş tutan oyunda "Lerik" "Şirvan"la qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabı ilə bitən görüşdə qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Burada daha bir qol vuran "Şirvan" kollektivi qarşılaşmanı 3:2 hesabı ilə öz xeyrinə bitirib.

Qeyd edək ki, bu nəticənin ardından "Şirvan" 2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanıb. Məğlub olan "Lerik" klubu isə yeni mövsümdən AFFA Region Liqasında mübarizə aparacaq.


Paylaş: