Millimizin rəqibləri müəyyənləşdi

  • Dünən, 16:05

Basketbolun 3x3 növü üzrə kişi və qadınlardan ibarət Azərbaycan millisinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri məlum olub.

Azərbaycan Basketbol Federasiyasından Sportlife.az-a verilən məlumata görə, kişilərdən ibarət yığma B qrupunda Kosovo və Malta seçmələri ilə, qadınlar isə B qrupunda Kosovo yığması ilə üz-üzə gələcək.

Kişi komandası qrupda ilk oyununu iyunun 7-də, Bakı vaxtı ilə saat 21:45-də Maltaya, ikinci matçını isə bir gün sonra saat 23:35-də Kosovo yığmasına qarşı keçirəcək.

Qızların isə qrupdakı yeganə görüşü iyunun 8-də, saat 23:10-da Kosovo seçməsi ilə olacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak hüququ qazanacaqlar.


Paylaş: