"Çelsi"nin yeni 10 nömrəsi

  • Dünən, 18:55

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer forma nömrəsini dəyişib.

Sportlife.az xəbər verir ki, futbolçu yeni mövsümdən 10 nömrəli formanı geyinəcək.

Onun klublararası dünya çempionatında meydana yeni nömrə altında çıxacağı qeyd olunur.

İngiltərə Premyer Liqasının ötən mövsümündə 23 yaşlı yarımmüdafiəçi 37 oyun keçirib, 15 qol (4-ü penaltidən) vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: