İlk dəfə dünya çempionatında

  • Dünən, 13:51

İordaniya millisi ilk dəfə futbol üzrə dünya çempionatında çıxış edəcək.

Sportlife.az xəbər verir ki, iordaniyalılar DÇ-2026-nın seçmə mərhələsinin növbəti turunda səfərdə Omana 3:0 hesabı ilə qalib gəliblər.

Komanda 3-cü təsnifat mərhələsinin başa çatmasına bir tur qalmış B qrupunda 16 xal toplayaraq mundiala birbaşa vəsiqə verən ikinci yerdə qərarlaşıb və üçüncü yerdə olan İraqı 4 xal qabaqlayır.

19 xalla B qrupuna liderlik edən Cənubi Koreya da ardıcıl 11-ci dəfə dünya çempionatına vəsiqəni təmin edib.

A qrupundan İran və Özbəkistan dünya çempionatına yüksəlib.


Paylaş: