
Volkov üçün 26 dəqiqə
"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisində növbəti oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, Villi Sanyolun baş məşqçisi olduğu komanda Tbilisidə Farer adalarını qəbul edib.
Yoldaşlıq görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Volkov görüşdə 64-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, matçda yeganə qolu 9-cu dəqiqədə Luka Loçoşvili vurub.