Yığmamız Sinqapura qalib gəldi

  • 12 İyul 2025, 14:13

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti qələbəsini qazanıb.

Sportlife.az xəbər verir ki, komanda C qrupunda Sinqapuru məğlub edib - 22:10.

Yığma bu gün qrupda ikinci matçını Ukraynaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin A qrupunda ötən gün Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını da üstələyib.


Paylaş: