
Liqa 1-dən Premyer Liqaya
“Renn”in yarımmüdafiəçisi Azor Matusiva “İpsviç"ə keçib.
Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 4 mövsümlük - 2029-cu ilə qədər müqavilə imzalanıb.
Matusiva 2024-cü ilin yanvarından "Renn"də çıxış edirdi. O, bu müddət ərzində 47 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Ötən mövsüm İpsviç Premyer Liqada sondan əvvəlki, 19-cu yeri tutaraq Çempionşipa düşüb.