
"Turan Tovuz" üçün daha bir rəqib
"Turan Tovuz"un Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarında rəqiblərindən daha biri məlum olub.
Sportlife.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqasında çıxış edən "Çorum"la qarşılaşacaq. Görüş iyulun 19-da keçiriləcək.
Qeyd edək ki, "Çorum"da millimizin yarımmüdafiəçisi Coşqun Diniyev də çıxış edir.