"Neftçi"nin daha 2 rəqibi bilindi

  • Bu gün, 13:49

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

Bu barədə Sportlife.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

“Ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel" (Təl-Əviv), 22-də isə Polşanın “Termalitsa" (Nyeçetşa) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırlıq prosesinə iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras" (Tripolis, Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.


Paylaş: