
Blatter: "Biz futbolu ərəblərə uduzduq"
FİFA-nın keçmiş prezidenti Zepp Blatter təşkilatın son illərdəki fəaliyyətini tənqid edib.
Sportlife.az xəbər verir ki, funksioner bunları söyləyib:
"Biz futbolu Səudiyyə Ərəbistanına uduzduq. Oyun təklif etdik və onlar da qəbul etdilər. Təəccüblüdür ki, FİFA buna etiraz etmir".
Blatter klublararası dünya çempionatının yeni formatda keçirilməsini də qınayıb. O, futbolçuların turnirdə çıxış etdiyi hava şəraitinin onlar üçün zərərli olduğunu bildirib: "Eyni oyunçular və klublar lazımi istirahət olmadan daim əziyyət çəkirlər".
89 yaşlı funksioner 1998-2015-ci illərdə FİFA prezidenti vəzifəsində çalışıb.