
"Qarabağ" qələbə ilə başladı
"Qarabağ"ın U-17 komandası İsveçin Göteborq şəhərində keçirilən "Gothia Cup" turnirində ilk oyununu keçirib.
Sportlife.az xəbər verir ki, 4-cü qrupda yer alan Azərbaycan təmsilçisi I turda yerli "Myelbi" ilə qarşılaşıb.
Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində hər iki qolu Əli Əliyev (11 nömrə) vurub.
Qeyd edək ki, "Qarabağ" qrupda növbəti matçlarını 15 iyulda "Sportinq"ə (Laqos) və 16 iyulda meydan sahibi "Yötebori"yə qarşı keçirəcək.