"Neftçi" ayrılığı açıqladı

  • Bu gün, 16:13

“Neftçi” İsmayıl Zülfüqarlının gedişini açıqlayıb.
Sportlife.az xəbər verir ki, futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
“Neftçi”nin yetirməsi olan gənc futbolçu A komandada 2019/2020-ci illər mövsümündə debüt edib. O, “ağ-qara” formada 67 rəsmi oyun keçirib, 4 qol vurub.
Zülfüqarlı komandanın heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

Paylaş: