"Neftçi"nin sabiq hücumçusu ərəb klubunda

  • Bu gün, 12:53

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.

Sportlife.az xəbər verir ki, braziliyalı hücumçu “Əl-Vəsl”ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında “Neftçi”nin formasını geyinib. Onun son klubu Macarıstan “Ferentsvaroş”u olub.


Paylaş: