"Qarabağ"ın sabiq futbolçusu Bundesliqada

  • Bu gün, 16:57

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Almaniyada davam etdirəcək.

Sportlife.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Valdhof Manhaym” klubu ilə anlaşıb.

29 yaşlı futbolçu Almaniya 3-cü Bundesliqa təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, 2023-2024-ci illərdə “Qarabağ”da oynayıb. Adama karyerası ərzində “Renn”, “Monako”, “Haddersfild”, “Amyen”, “Bandırmaspor” klublarının üzvü olub. 


Paylaş: