Dias olmasa, Trossar alınacaq

  • Bu gün, 13:31

"Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossar karyerasını "Bavariya"da davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, Münhen klubu "Liverpul"un forvardı Luis Diasla bağlı danışıqlarda irəliləyiş əldə edə bilməsə, 30 yaşlı belçikalıya təklif göndəriləcək.

Trossar 2023-cü ildən "Arsenal"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 56 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.


Paylaş: