“Beşiktaş” türkiyəli yarımmüdafiəçiylə müqavilə uzadacaq

  • 30 May 2024, 20:43

"Beşiktaş" Salih Uçanın müqaviləsini uzadacaq.

Sportlife.az "TRT Spor"a əsasən xəbər verir ki, "qara qartal" 30 yaşlı yarımmüdafiəçiylə razılığa gəlib. Rəsmi imzalar bir neçə gün ərzində atılacaq.

Salih 2021-ci ildən "Beşiktaş"da çıxış edir. O, son mövsümdə 38 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: