Keyn 15 milyon avro ucuzlaşdı

  • 5 İyun 2025, 16:31

"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keynin bazar dəyəri 15 milyon avro ucuzlaşıb.

Sportlife.az xəbər verir ki, 31 yaşlı futbolçunun hazırkı qiyməti 75 milyon avrodur. Bu göstərici üzrə Keynin komanda yoldaşı Camal Musiala və "Bayer"in pleymeykeri Florian Virts yenə də Bundesliqada liderdirlər - 140 milyon avro.

Keyn 2023-cü ildə "Tottenhem"dən "Bavariya"ya keçib. Keçən mövsüm Almaniya çempionatında "Bavariya"nın heyətində 31 oyun keçirib və 26 qol vurub. Münhen komandası ilə birlikdə Bundesliqanın qalibi olmaqla karyerasının ilk titulunu qazanıb.


Paylaş: