
Modriçdən yeni rekord
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Sportlife.az xəbər verir ki, yığmanın kapitanı Çexiya ilə görüşdə (5:1) penaltini dəqiq yerinə yetirib.
Modriç bunu 39 yaş 9 aylığında bacarıb ki, bu da onu dünya çempionatının seçmə oyunlarında fərqlənən ən yaşlı avropalı futbolçu edib.
Əvvəlki rekord iyunun 7-də DÇ-2026-nın seçmə mərhələsində San-Marinoya (1:0) qol vuran Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzekoya (39 yaş 2 aylıq) məxsus idi.