
"Milan" və "Çelsi" anlaşa bilmədi
"Milan"ın və Fransa millisinin qapıçısı Mayk Menyan bu yay "Çelsi"yə keçməyəcək.
Sportlife.az xəbər verir ki, klublararası dünya çempionatı başlayana qədər tərəflər 29 yaşlı qolkiperin transfer qiyməti ilə bağlı razılığa gələ bilməyiblər və danışıqlar dayandırılıb.
Müxtəlif mənbələrə görə, "Milan" Menyanı 25-30 milyon avroya buraxmağa hazır idi, "Çelsi" isə qapıçını 15 milyon avroya almağa ümid edirdi. Çünki oyunçunun "rossoneri" ilə müqaviləsi gələn yay başa çatır.