
Berezutski "Sabah"dan gedir - SON DƏQİQƏ
"Sabah"ın baş məşqçisi Vasili Berezutski böyük ehtimalla komandanı tərk edəcək.
Sportlife.az "legalbet" nəşrinə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər.
Qeyd edək ki, Berezutski 2024-cü ilin noyabrından "Sabah"a rəhbərlik edir. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında Azərbaycan Kubokunu qazanıb, Premyer Liqada isə 5-ci yeri tutub.