Yığmamız Avropa 3-cüsü oldu

  • Dünən, 17:12

Azərbaycanın yunan-Roma güləşçiləri U-17 Avropa çempionatını 5 medalla başa vurublar.

Sportlife.az xəbər verir ki, millimiz aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırıb. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Əli Nəzərov (60 kq) gümüş, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürüncə sahib olublar.

Bu nəticələrlə Azərbaycan yığması 116 xalla komanda hesabında Avropa 3-cüsü olub.


Paylaş: