
Məsiyev ingilis futbolçunu cəzalandırdı
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Sportlife.az xəbər verir ki, Məsiyev I turun Çexiya - İngiltərə matçının baş hakimi olub.
Ona Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri qismində kömək ediblər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə italiyalı Simone Sotsa yerinə yetirib.
Görüş İngiltərənin qələbəsi ilə yekunlaşıb - 3:1.
Məsiyev matç ərzində 1 sarı vərəqə ilə kifayətlənib. O, elə 1-ci dəqiqədə İngiltərə millisindən Elliot Andersonu kobud oyuna görə cəzalandırıb. Elliot 39-cu dəqiqədə vurulmuş ilk qolun müəllifi olub. Qalan qollar isə 2-ci hissədə qeydə alınıb.