
"Sabah"ın futbolçusu əməliyyat olundu
“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.
Sportlife.az xəbər verir ki, futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyatın uğurla alındığı bildirilib.
Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsümdə "Sabah"da 10 oyuna çıxıb.