Millimiz Moldova ilə qarşılaşacaq

  • Dünən, 15:32

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 15-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Sportlife.az xəbər verir ki, U-16 bir həftəlik hazırlıq müddətində 2 yoxlama görüşü keçirəcək.

Aqil Nəbiyevin baş məşqçi olduğu kollektiv iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.

Toplanışa 22 futbolçu dəvət olunub.


Paylaş: