
Jiru DÇ-ni MLS üçün fürsət sayır
"Los-Anceles"in hücumçusu Olivye Jiru qarşıdan gələn klublararası dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, fransalı forvard bu turnirin MLS-in keyfiyyətini göstərmək üçün əla fürsət olduğunu deyib:
"İşlər düzgün istiqamətdə gedir, ona görə də harada olduğumuzu görmək, özümüzü başqaları ilə müqayisə etmək maraqlıdır. Avropanın ən yaxşı komandaları uzun mövsümdən sonra bir az yorğun ola bilər. Müsbət bir vəziyyətə düşə bilərik. Bu, MLS komandaları üçün yaxşı sınaqdır".
Qeyd edək ki, turnir iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.