"Napoli" yeni hücumçu alır

  • Dünən, 11:31

"Napoli" "Udineze"nin hücumçusu Lorenso Lukanın transferini tamamlamaq niyyətindədir.

Sportlife.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb. "Udineze" ilə danışıqlar davam edir.

Gələn həftə klub nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır.

2024/25 mövsümündə Luka "Udineze"nin heyətində 36 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: