Baş məşqçiyə görə 10 milyonluq təzminat

  • Dünən, 12:08

"Tottenhem" yeni baş məşqçisi Tomas Frank üçün "Brentford"a 10 milyon funt sterlinq təzminat ödəyib.

Sportlife.az xəbər verir ki, danimarkalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda Ange Postekoqlunu əvəzləyib.

Frank 2016-cı ildən "Brentford"da işləyirdi. O, Dekan Smitin köməkçisi olub, iki ildən sonra isə komandaya rəhbərlik edib.

2024/25 mövsümündə "Brentford" Premyer Liqada 56 xalla 10-cu yeri tutub.


Paylaş: